“Titanik”in parçaları sürətlə yoxa çıxır


Digərləri 22 Avq 2019 21:21:00 252 0

“Titanik”in parçaları sürətlə yoxa çıxır

"DSV Limiting Factor" sualtı qayığındakı beynəlxalq dayverlər komandası batmış "Titanik" gəmisinin yanına son 15 ildə ilk dəfə enərək aşkar edib ki, gəminin bəzi parçaları tamamilə çürüyüb.

Son.az publika.az-a istinadən xəbər verir ki, "Titanik"in qalıqlarının yanına sonuncu dəfə 2005-ci ildə eniblər.

"Titanik" Atlantik okeanının dibində 3800 metr dərinlikdə yerləşir. Gəminin bir hissəsi hələ də yaxşı vəziyyətdədir, lakin hələ 15 il əvvəl okeanın dibində olan bəzi fraqmentlər daha yoxdur. Buna güclü okean axınları, metalı yeyən duz və mikroorqanizmlər səbəb olub.

Gəminin sağ bortuna, zabitlər üçün otaqların yerləşdiyi bölməyə daha çox ziyan dəyib.

Özünü "Titanik"in tədqiqinə həsr etmiş tarixçi Parks Stivensonun sözlərinə görə, gördükləri onu şoka salıb. O deyib: "Kapitan vannası həmişə "Titanik" həvəskarlarının ən sevimli fraqmenti olub. Onun fotoşəkilləri bizim aramızda çox populyar idi. İndi isə o, daha yoxdur. Bütün göyərtə, onunla birlikdə xidməti otaqlar həmin tərəfdən dağılır və vəziyyət getdikcə daha da pisləşəcək".

(adsgarden = window.adsgarden || []).push({});