Qüsl alanda bədəni mütləq yuxarıdan aşağıya doğru yumaq lazımdır?


Digərləri 22 Avq 2019 21:10:00 323 0

Qüsl alanda bədəni mütləq yuxarıdan aşağıya doğru yumaq lazımdır?

Qüslün əsas şərti əvvəlcə baş və boyunun, sonra bütünlükdə bədənin sağ tərəfinin, axırda da bütünlükdə bədənin sol tərəfinin yuyulmasıdır. Vacib olan budur ki, bu ardıcıllığa riayət edilsin və bədəndə zərrə boyda da quru yer qalmasın, bütün bədən su ilə islansın. Dəstəmazda şərt olan digər bəzi məsələlər isə qüslə aid deyil. Məsələn, dəstəmaz alan zaman sifətin və qolların yuxarıdan aşağıya doğru yuyulması şərtdir; buna qəsdən riayət olunmasa, dəstəmaz batil olar. Lakin qüsldə bədəni yuxarıdan aşağıya doğru yumaq vacib deyil. Məsələn, insan baş və boynu yuduqdan sonra sağ ayağını yuyub, daha sonra sinəsinin sağ tərəfini yuya bilər, daha sonra kürəyinin sağ tərəfini yumağa keçə bilər. Yəni bədənin bir tərəfinin üzvləri arasında ardıcıllığı gözləmək vacib deyil. Suyu aşağıdan tökmək, əl ilə yuxarıya yaymaq da icazəlidir. Yetər ki, insan başını və boynunu istənilən qaydada tam yusun, bundan sonra sağ tərəfi yumağa keçsin, sağ tərəfi də tamamilə yusun və yalnız bundan sonra sol tərəfi yumağa başlasın.

(adsgarden = window.adsgarden || []).push({});