Quba və Qusar rayon sakinlərinin nəzərinə


Digərləri 22 Avq 2019 19:32:00 257 0

Quba və Qusar rayon sakinlərinin nəzərinə

Zakir Qaralov Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək.

Bakı. Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il avqustun 30-da saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.