İsrail İrana bağlı qruplaşmanı vurdu,


Dünya 22 Avq 2019 19:19:00 225 0

İsrail İrana bağlı qruplaşmanı vurdu,

İraqda İrana bağlı şiə silahlı qruplaşması "Haşdi Şabi"nin bazalarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirildiyi təxmin edilən zərbələrdən sonra qruplaşmanın liderlərindən Əbu Mehdi Mühəndis o cümlədən ABŞ-ı günahlandıran yazılı bəyanatla çıxış edib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Əbu Mehdi Mühəndis "Haşdi Şabi" qruplaşmasının bazalarına hava zərbələrinin endirlməsində  İsrailə aid pilotsuz təyyarələrdən istifadə olunduğunu bildirib. Mühəndis iddia edib ki, həmin pilotsuz təyyarələrin haradan qalxdığına, uçuşlarına və apardığı əməliyyatlara dair bütün məlumatlar əlindədir.

Xəbər verildiyi kimi sonuncu dəfə "Haşdi Şabi"nin Bağdad və Səlahiddin bölgəsi arasında, İraq HHQ-nin hərbi hissəsinin ərazisində yerləşən  sursat anbarlarına və bazasına naməlum təyyarələr tərəfindən raket zərbələri endirilib. Nəticədə anbarda saxlanılan və İrandan göndərilən çoxsaylı raketlər partlayıb, qruplaşma üzvləri və İranın İnqilab Keşikçiləri Korpusunun təlimatçıları arasında ölənlərin olduğu bildirilir.

Həmin zərbələrin İsrail tərəfindən F-35 qırıcıları və zərbə pilotsuz təyyarəsi tərəfindən endirildiyi təxmin edilir. Bundan əvvəl də İraqdakı iranyönümlü qruplaşmaların bazalarına hava hücumları olmuşdu və həmin hücumları İsrailin həyata keçirdiyi ehtimal olunur. İsrail baş naziri Benyamin Netanyahu ötən gün Bağdad ətrafındakı partlayışlarda onun ölkəsinin əlinin olduğunu inkar etməyib. Bildirib ki, İran heç yerdə toxunulmaz deyil və İsrail lazım olan anda istənilən məkanda İrandan qaynaqlanan təhdidin qarşısını alacaq.

Əbu Mehdi Mühəndisin adından yayılmış sərt bəyanatda göstərilir ki, "Şahdi Şabi" qruplaşması onun bazalarına endirilmiş zərbələrə görə qisas alacaq.

"Dünənki hücum (avqustun 20-i nəzərdə tutulur,-red.) İsrail pilotsuz təyyarələri və İsrailin İraqda əməliyyat keçirməsinə imkan yaradan Birləşmiş Ştatlar tərəfindən həyata keçirilib. Biz bazalarımıza qarşı hücumlara ən müasir silahlar da tətbiq etməklə cavab verəcəyik",-Əbu Mehdi Mühəndis bildirib.