Polşada turistləri ildırım vurdu - Ölənlər var


Digərləri 22 Avq 2019 19:07:00 208 0

Polşada turistləri ildırım vurdu - Ölənlər var

Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub

Bakı. Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub. Trend-in məlumatına görə, təbiət hadisəsi nəticəsində bir neçə turist həlak olub. Onlarla şəxs xəsarət alıb. Ölən və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmır. Qeyd olunur ki, hadisə yerində xilasedicilər işləyir.