Ayaqlarınıza qulluq edin


Digərləri 22 Avq 2019 18:58:00 262 0

Ayaqlarınıza qulluq edin

Gün ərzində bədənin bütün yükü ayaqlara düşür və vücudumuzun 50-90 kq. çəkisini təxminən 10 kiloqramlıq ayaqlar daşıyır. Bunun üçün bədənimizin ən vacib orqanı olan ayaqları lazımınca qoruyub, onlara qulluq etmək lazımdır.

Son.az axşam.az-a istinadən ayaqlara qulluq vasitələri təqdim edir:xşam.az ayaqlara qulluq vasitələri təqdim edir:

Ayaq damarlarınızın elastik, əzələlərinizin möhkəm və sağlam olması üçün qida rasionunuza A və C vitaminli qidalar daxil edin: kök, yaşıl soğan, şirin bolqar bibəri, kahı, kələm, mal ciyəri, süd, kərə yağı, portağal və limon.

Tonuslaşdırıcı vannalar Hər gün yatmazdan əvvəl ayaqlarınızı sabunla yuyun. 3 litr ilıq suya dəniz duzu və ya xörək duzu əlavə edib, ayaqları 15-20 dəqiqə vanna edin. Sonda onları soyuq su ilə yaxalayın.

Hazırladığınız vannaya nanə, evkalipt və çobanyastığı dəmləmələrini əlavə etmək ayaqları rahatladıb, yorğunluğunu alar.

Ayaqları əvvəl isti, sonrasa soyuq su ilə kontrastlı vanna edib, proseduru 8-10 dəfə təkrarlayın. İsti suya gicitkən və çobanyastığı dəmləsini əlavə etmək olar.

Müalicəvi vannalar 1 xörək qaşığı gülümbahar gülünün (kalendula) dəmləməsini 1 litr suda həll edib, ayaqları vanna edin. Məhlul ayaqda olan yaraları sağaldacaq. İsti suya xardal tozu əlavə edib, suyu hər dəfə isti su ilə yeniləyin. Vanna qəbul etdikdən sonra ayaqdarı qurulayıb, yun corab geyinib, yatağa uzanmaq lazımdır. Bu prosedur soyuqdəyməni görürür.

(adsgarden = window.adsgarden || []).push({});