İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI


Digərləri 22 Avq 2019 18:30:00 215 0

İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI

Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min nəfər daşınıb.

Bakı. Ceyhun Ələkbərov - Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, sərnişin sıxlığı ən çox qərb istiqamətində müşahidə olunub: "2019-cu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1 milyon 896,2 min nəfər sərnişin daşınıb ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünə nisbətən (1 milyon 545,5 min nəfər) 350,7 min nəfər sərnişin və ya 22,7% çox təşkil edib.