Bakının məşhur taxta bazarı yanır (FOTO)


Digərləri 22 Avq 2019 16:06:00 202 0

Bakının məşhur taxta bazarı yanır (FOTO)

Bakıda güclü yanğın başlayıb.

Bakı. Ceyhun Ələkbərov - Bakıda güclü yanğın başlayıb. Trend-in məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hazırda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın güclü olduğundan şəhərin müxtəlif yerlərindən onu görmək mümkündür.