Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb İH


Digərləri 22 Avq 2019 13:24:00 180 0

Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb  İH

"Xətai rayonunda su borusunun partlaması nəticəsində yaranan problemin qarşısı vaxtında alınıb".

Son.az xəbər verir ki, bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, hazırda hadisə yerində lazımi işlər görülür:

"Ötən gecə baş vermiş hadisə ilə əlaqədar əraziyə aidiyyəti üzrə qurumlar, xüsusən də "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. Operativ olaraq qəza yerinə baxış keçirilib və qısa zamanda su axıntısının qarşısı alınıb. Problemin səbəbinin öyrənilməsi və həlli "Azərsu" ASC-nin həyəti tərəfindən həyata keçiriləcək".

Qeyd edək ki, ötən gecə Xətai rayonu, Babək prospektində içməli su borusu partlayıb. Nəticədə axan su yola və ətrafa dağılıb.