Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub - Nazir müavini


Digərləri 22 Avq 2019 11:08:00 163 0

Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub - Nazir müavini

2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub.

Bakı. Son illər Azərbaycanda qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb. Trend-in məlumatına görə, bunu Bakı Konqres Mərkəzində keçirilən 19-cu Beynəlxalq Gənclər Forumunda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi: "Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir".