Qadınlardan ibarət güləş yığmamızın Sarıyer toplanışı davam edir


Digərləri 21 Avq 2019 23:17:44 186 0

Qadınlardan ibarət güləş yığmamızın Sarıyer toplanışı davam edir

Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir

Bakı. Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir. Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən TMT əsasən fiziki hazırlıq üzərində qurulub. Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.