Bakıda marketdən oğurluq edən şəxs tutulub


Digərləri 21 Avq 2019 22:43:18 181 0

Bakıda marketdən oğurluq edən şəxs tutulub

Bakıda marketdən oğurluq edən şəxs tutulub

Bakı. Bakıda marketdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.