İçki qəbul edənlərə bu dərmanlar olmaz Komaya düşə bilərsiz


Digərləri 21 Avq 2019 22:04:00 318 0

İçki qəbul edənlərə bu dərmanlar olmaz  Komaya düşə bilərsiz

Çox zaman həkimlər xəstəyə dərman təyin edərkən, müalicə dövründə spirtli içkini yasaqlayır. Lakin xəstə bunu qulaqardına vurur və içki içdiyi gün dərmanlarını da qəbul edir.

Son.az medicina.az-a istinadən bildirir ki, bəzi dərmanlarla alkoqolun təsiri beyni şişirdir, koma riskini artırır.

Bunlar antibiotiklər, ftorxinolon və aminoqlükozidlərdir.

Qəti olaraq, içki içdiyiniz gün antidepressant, sedativ preparatlar və yuxu dərmanları qəbul etmək olmaz. Belə qəbul orqanizmdə ağlagəlməz dəyişikliklər yarada bilər. 

İçki ilə birgə sakitləşdirici dərmanlar ürəkbulanma, qusma, başgicəllənmə, sinir pozulması, əsəbi oyanıqlıq yarada bilər. Çünki spirt dərmanın təsirini gücləndirir, dərman isə içkinin. 

(adsgarden = window.adsgarden || []).push({});