AFFA məşqçilər üçün seminar təşkil edib


Digərləri 21 Avq 2019 22:02:23 180 0

AFFA məşqçilər üçün seminar təşkil edib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Gəncə şəhərində məşqçilər üçün seminar təşkil olunub

Bakı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Gəncə şəhərində məşqçilər üçün seminar təşkil olunub. AFFA-dan Trend-ə bildiriblər ki, avqustun 23-dək davam edəcək seminar təlimatçilar Aslan Kərimov, Osman Rəhimov və Cahangir Həsənzadənin iştirakı ilə keçirilir. Seminar uşaq komandalarının məşqçilərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Yekunda iştirakçılara sertifikatlar verilməsi nəzərdə tutulur.