Xamneyi: "Xam neft ixracının asan gəliri İrana böyük bəladır"


Dünya 21 Avq 2019 16:56:00 316 0

Xamneyi: "Xam neft ixracının asan gəliri İrana böyük bəladır"

Xam neft ixracından əldə edilən asan gəlir İran üçün böyük bəladır və bu köhnə problem ölkənin inkişafına zərbə vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi Nazirlər Kabinetinin üzvləri ilə görüşü zamanı deyib.

Ə.Xamneyinin sözlərinə görə, xam neftdən müxtəlif məhsulların istehsalı İranın xam neft ixracına asılılıqdan xilas olmasının əsas yollarından biridir.

Ayətulla əlavə edib ki, qaz və benzin kimi məmulatlardan əlavə gələcəkdə başqa neft məhsulları da istehsal etmək mümkündür.