AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib


Digərləri 21 Avq 2019 16:13:00 145 0

AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib

Bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən 14-17 yaşlı yeniyetmələr arasında qılıncoynatma üzrə açıq tipli turnirdə iştirak edən erməni əsilli Robert Sergeyeviç Axverdov Azərbaycanı təmsil etməyib.

Bakı. Samir Əli - Bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən 14-17 yaşlı yeniyetmələr arasında qılıncoynatma üzrə açıq tipli turnirdə iştirak edən erməni əsilli Robert Sergeyeviç Axverdov Azərbaycanı təmsil etməyib. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov deyib. Onun sözlərinə görə, həmin turnir beynəlxalq tədbir deyil: "Bu tədbir Rusiyanın daxilində keçirilən açıq tipli adi turnirdir. Azərbaycan idmançıları da Rusiyada məşqdə olarkən belə bir tədbirin keçirildiyini bilib və həmin turnirə qatılıblar. Turnirə Azərbaycan Respublikası adından rəsmi komanda göndərilməyib. Qılıncoynadanlarımız il ərzində onlarla bu tip, nəticəsi heç bir əhəmiyyət kəsb etməyən, formal xarakter daşıyan turnirlərdə iştirak edirlər". Mətbuat katibi bildirib ki, Azərbaycan Qılıncoynatma Federasiyası yeniyetmə və uşaq qılıncoynadanlarımızın bu tip turnirlərdə iştirakına həmişə dəstək verir: "Burada məqsəd yeniyetmə qılıncoynadanlarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq yarış təcrübəsinin artırılmasıdır. Qılıncoynatma ilə maraqlanan mütəxəssislər bilirlər ki, istənilən ölkəni təmsil edən idmançı bu cür açıq tipli turnirlərdə, hətta öz şəxsi vəsaiti hesabına iştirak edə bilər. Bir daha vurğulamaq istəyirik ki, həmin yarış rəsmi xarakter daşımır və orada iştirak edən idmançılar rəsmi olaraq Azərbaycan milli komandası adından çıxış etmirlər. Yeri gəlmişkən, bu yarışa Azərbaycandan şəxsi vəsaiti hesabına yollanan idmançımız da olub. Bizim Azərbaycan Qılıncoynatma Federasiyası olaraq öhdəliyimiz idmançılarımızın FİE-nin (Beynəlxalq Qılıncoynatma Federasiyası) təqvim planında yer alan yarışlarda iştirakını təmin etməkdir". Robert Sergeyeviç Axverdovun yeniyetmə oğlan şpaqaçılarımızla birgə komanda yarışında iştirakına gəlincə, Federasiya rəsmisi deyib ki, həmin şəxs də orada Azərbaycanı təmsil etməyib: