ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb


Digərləri 21 Avq 2019 15:28:07 185 0

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Sənədlər 2019-cu il iyun ayının 1-dən avqust ayının 27-dək saat 10:00-16:00-dək qəbul edilir.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir Bu barədə Trend-ə ADU-dan məlumat verilib. Tələb olunan sənədlər: rektorun adına ərizə; diplom və əlavəsinin surəti; şəxsiyyət vəsiqəsinin surəti; 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil; sağlamlıq haqqında arayış; Sənədlər 2019-cu il iyun ayının 1-dən avqust ayının 27-dək (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək qəbul edilir. Ünvan: ADU-nun 3 saylı tədris binası. Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308