Orxanın təhsil haqqı ödənildi


Digərləri 21 Avq 2019 13:19:00 217 0

Orxanın təhsil haqqı ödənildi

Ötən gün aktrisa Mehin Hümbətova atasının təhsil almağına mane olduğu tələbə Orxan Bağızadənin təhsil haqqını öz üzərinə götürmüşdü.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu gün Orxanın qəbul olduğu Azərbaycan Dillər Universitetinə gələrək, onun illiyi 1000 manat olan təhsil haqqını ödəyib.

Qeyd edək ki, tərcümə (rus-fransız) fakültəsinə qəbul olan Orxan Bağızadə üç gündür sosial medianın diqqət mərkəzindədir.