AFFA bir neçə klubu cərimələdi - SƏBƏB?


Digərləri 21 Avq 2019 13:05:00 172 0

AFFA bir neçə klubu cərimələdi - SƏBƏB?

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.

Bakı. 16 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın I turunun “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Trend-in məlumatına görə, İntizam Komitəsinin qərarlarına əsasən, “Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur. 17 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın I turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur.