AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib (FOTO)


Digərləri 21 Avq 2019 10:00:00 194 0

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib (FOTO)

I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunub.

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunub. "AzerTelecom"dan Trend-ə verilən məlumata görə, şirkətin forum çərçivəsində sərgidə öz stendi ilə iştirak məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub. Sərgi günlərində AzerTelecom şirkətinin stendi maraqla qarşılanıb, sərgi iştirakçılarına şirkətin xidmətləri və icra olunan layihələr barədə geniş məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Türkmənbaşı şəhərinin Avaza milli turistik zonasında baş tutmuş I Xəzər İqtisadi Forumunda və Xəzər İnnovasiya Texnologiyaları Sərgisində Xəzəryanı ölkələr, eləcə də Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələri təmsil edən şirkətlər iştirak ediblər. AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir.