Bakıda kommersiya obyektlərin və torpaq sahələrin qiymətləri dəyişib


Digərləri 21 Avq 2019 08:12:00 269 0

Bakıda kommersiya obyektlərin və torpaq sahələrin qiymətləri dəyişib

2019-cu ilin iyul ayında Bakıda kommersiya obyektlərinin qiyməti ötən ilin iyulu ilə müqayisədə cüzi artıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib.

Ötən ilin iyulunda kommersiya obyektlərinin bir kvadratmetrinin qiyməti 1530 dollar, bu ilin iyulunda isə1585 dollar təşkil edib.

İyul ayında bu göstərici iyun ayı ilə müqayisədə 2,9 faiz, ötən ilin iyulu ilə müqayisədə 3,59 faiz artıb.

Torpaq bazarında da qiymətlərdə artım müşahidə olunub. Bu ilin iyulunda 100 kvadrat metr torpaq 13 429 dollar təşkil edib və iyun ayı ilə müqayisədə 0,19 faiz, ötən ilin iyulu ilə müqayisədə 0,74 faiz çox olub.