Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər


Dünya 21 Avq 2019 07:14:00 47 0

Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər

Yeni dərs ilinin başlamasına az qalsa da, erməni alimlər tarix dərsliklərində son 10 ildə bu ölkədə baş verənləri yazmaqda aciz qalıblar. Əsas problem siyasi hadisələrin hansı mövqedən şərh olunmasıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistanın Təhsil, Elm və İdman nazirinin müavini Lusina Arakelyan orta məktəblər üçün tarix dərsliklərində məzmunun dəyişdirilməyəcəyini bəyan edib. Bunun əksinə olaraq, nazir Araik Arutyunyan bildirib ki, ən yeni tarixin müəyyən hadisələrinin traktovkası yenidən veriləcək. Bu ziddiyyətlərin fonunda Ermənistanda 1991-ci ildən bəri baş verən hadisələrin tarix kitablarında yazılması məsələsi düyünə düşüb. Ən mübahisəli mövzulardan biri 2008-ci ildə seçkilərdən sonra baş vermiş proseslərin şərhidir. Problemi həll etmək üçün 6 alimdən ibarət komissiya yaradılıb. Onların işləyib hazırladığı kitabın son variantı Milli Təhsil İnstitutuna göndərilib, amma 2013-2018-ci illərə aid hadisələrin şərhini təsdiq etmək mümkün olmayıb. Bunu görən erməni alimlər qərara gəliblər ki, dünya təcrübəsinə müraciət etsinlər: inkişaf etmiş ölkələrdə son 15-20 ilin hadisələri məktəb proqramına daxil edilibmi?

Ermənistan Tarix İnstitutunun direktoru Aşot Melkunyan son illərdə ölkədə cərəyan edən hadisələrə neytral qiymət verildiyini bildirib, lakin hakimiyyət heç də bu fikirdə deyil. O əlavə edib ki, Koçaryanın prezidentliyi dövründə baş vermiş siyasi qalmaqallara siyasi hakimiyyət və məhkəmələr qiymət verməlidir. Onun sözlərinə görə, bu, tarixçi alimlərin işi deyil.

ABŞ Tayvana 8 milyard dollarlıq F-16 qırıcı təyyarələri göndərəcək like
  • 21 Avq 06:49  
Digərləri ABŞ Tayvana 8 milyard dollarlıq F-16 qırıcı təyyarələri göndərəcək

ABŞ administrasiyası avqustun 20-də Tayvana 66 F-16 qırıcısının çatdır

arrow Ətraflı
Fəxri kürsüdə evlilik təklifi etdi  VIDEO like
  • 21 Avq 06:30  
Digərləri Fəxri kürsüdə evlilik təklifi etdi VIDEO

Türkiyəli güləşçi Sabit Yetkin sevgilisinə fəxri kürsüdə evlilik tək

arrow Ətraflı
Ankarada 3,4 bal gücündə zəlzələ olub like
  • 21 Avq 05:22  
Digərləri Ankarada 3,4 bal gücündə zəlzələ olub

Türkiyənin Ankara vilayətinin Kazan bölgəsində 3,4 bal gücündə zəlzəl

arrow Ətraflı