Yəməndəki husilər Damar vilayətində ABŞ-ın dronunu vurduqlarını söylədilər


Digərləri 21 Avq 2019 07:30:00 164 0

Yəməndəki husilər Damar vilayətində ABŞ-ın dronunu vurduqlarını söylədilər

Usyançılar ABŞ-ın "MQ-9" çox məqsədli pilotsuz uçus aparatını vurub

Bakı. Yəmənin şimalını nəzarətdə saxlayan "Ənsar Alla" hərəkatından (husilər) olan üsyançılar hava hücumundan müdafiə qüvvələrinin ABŞ-ın "MQ-9" çox məqsədli pilotsuz uçus aparatını Damar vilayətinin üzərindən raketlə vurduğunu söyləyib. Trend-in məlumatına görə, bu barədə "Al-Masira" telekanalı xəbər verib. Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçus aparatını vurduğu raket yerində modernləşdirilib və tezliklə mətbuat konfransında nümayiş etdiriləcək. O, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının "Yəmənin hava məkanına daxil olmazdan əvvəl min dəfə düşünməli" olduğunu bildirib.