Çində güclü yağış səbəbindən dörd nəfər ölüb


Digərləri 21 Avq 2019 00:02:58 204 0

Çində güclü yağış səbəbindən dörd nəfər ölüb

Çinin Siçuan vilayətində güclü yağışlar nəticəsində dörd nəfər ölüb

Bakı. Çinin Siçuan vilayətində güclü yağışlar nəticəsində dörd nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən bildirib. Vilayətin fövqəladə hallar departamentinə istinadən verdiyi məlumata əsasən, ümumilikdə 12,7 min insan Ngava-Tibet-Tsyan Muxtar Bölgəsindəki fəlakət zonasında idi. Hazırda Vençuan qəzasında güclü yağışın səbəb olduğu çoxsaylı torpaq sürüşmələrindən sonra dörd nəfərin öldüyü və 11 nəfərin itkin düşdüyü güman edilir.