Yoxsulluq və nifaqı aradan aparar, insanı 3 aləmdə sığorta edər


Digərləri 20 Avq 2019 23:55:00 247 0

Yoxsulluq və nifaqı aradan aparar, insanı 3 aləmdə sığorta edər

Salavat elə bir zikrdir ki, insana dünya və axirətdə bəhrə və bərəkət gətirər. Günahlarının bağışlanmasına səbəb olar. Məsumları (ə) ondan razı salar və əxlaqına təsir qoyar.

Salavatla bağlı dahi insanların nəsihətləri vardır ki, onlara nəzər salaq:

Salavat - Allah tərəfindən insana göndərilən ən üstün hədiyyədir.

Salavat - behişt töhfəsidir.

Salavat, ruhu cilalayar.

Salavat - insanın ağzını xoşətirli edən zikrdir.

Salavat - behiştdə olan nurdur.

Salavat - Sirat körpüsünün nurudur.

Salavat, insana şəfaət verər.

Salavat - İlahi zikrdir.

Salavat, duanı kamilləşdirər və onun yerinə yetməsinə səbəb olar.

Salavat, namazın kamilləşməsinə səbəb olar.

Salavat - Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.

Salavat, insanın Allaha yaxınlaşmasına səbəb olar.

Salavat - cəhənnəm atəşi qarşısındakı qalxandır.

(adsgarden = window.adsgarden || []).push({});