Dünyanın anası kimdir?


Digərləri 20 Avq 2019 21:50:00 215 0

Dünyanın anası kimdir?

Yer - dünyanın anasıdır və bu ana Qiyamət günü dilə gəlib şəhadət verəcəkdir. Allah Təala "Zəlzələ" surəsində torpağın halından bizə xəbərlər verir ki, Qiyamət günü özünü necə aparacaqdır. Daxilində olanların hamısını bayıra tökəcəkdir. Torpaq hamilə bir qadına bənzədilir ki, insanın etdiyi bütün yaxşı və pis əməlləri həmin günü bayıra çıxacaqdır və onu aşkar edəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, torpaq bəşərin əvvəlindən axırına qədər həml etdiyi bütün şeyləri üzə çıxardacaq və titrəyəcəkdir. Kafirlər bu haldan təəccüb edib, heyrətə gələcəklər. Hamı Məhşər səhrasına tərəf hərəkətdə olacaqdır. O kəslərin ki, sağ tərəfinə İlahi nur düşəcəkdir, onları sorğu-sual üçün İlahi məhkəməyə aparacaqlar. O kəslərin üzü nursuzdur, yalvaracaqlar ki, onları bu səhranın qaranlığında tək qoymasınlar.

Bəli, yer hər şeyi görür və eşidir və özündə saxlayır. Ona görə də ağıl gözümüzü açaq və bu həqiqəti dərk etməyə çalışaq.

"Bağışlayan və mehriban Allahın adı ilə.

Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,

Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman.

Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): "Buna, nə olub?!" - deyəcəyi zaman.

(adsgarden = window.adsgarden || []).push({});