İraq aviabazasında silah-sursat anbarında yanğın baş verib


Digərləri 20 Avq 2019 21:47:00 198 0

İraq aviabazasında silah-sursat anbarında yanğın baş verib

İraqın Salah əd-Din vilayətindəki Əl-Bəkr aviabazasında silah-sursat anbarında yanğın olub

Bakı. İraqın Salah əd-Din vilayətindəki Əl-Bəkr aviabazasında silah-sursat anbarında yanğın olub. Trend-in məlumatına görə, bu barədə İraqın "NRT" telekanalı bildirib. Məlumata əsasən, yanğının baş vermə səbəbi hələlik məlum deyil. Bildirilir ki, aviabaza "Əl-Xəşd əş-Şaabi" qoşunlarına məxsusdur. Yanğın hələki məhdudlaşdırılmayıb.