Qiyamətin şahidlik evi


Digərləri 20 Avq 2019 20:50:00 214 0

Qiyamətin şahidlik evi

Qiyamət mənzillərdən biri şahidlik evidir. Bu evdə insanın xeyrinə və zərərinə şahidlik veriləcəkdir. İnsan bir iş görən zaman bu şahidlərə diqqət etsə, süqutdan nicat tapmış olar.

Qiyamət günü elə şahidlər olacaqdır ki, bizim bütün əməllərimizə görə şəhadət verəcəkdir. Bu şahidlər bu dünyada bizim əməllərimizə nəzarət edərlər. Şahid o zaman şahidlik verə bilər ki, əməllərimizi həm görsün, həm də onun necəliyindən xəbərdar olsun. Bəs bu şahidlər kimlərdir?

1. Allah Təala.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qiyamət günü ilk şahid Allah Təaladır. Aləmlərin Pərvərdigarı bizim bütün əməllərimizə şahiddir. Qiyamət günü insanın əleyhinə şəhadət verəcəkdir. "Buna görə də, bizimlə sizin aranızda Allahın şahid olması kifayətdir. Həqiqətən biz sizin ibadətinizdən xəbərsiz idik". ("Yunus" 29). "Həqiqətən Allah hər şeyə şahiddir." ("Həcc" 17).

2. İlahi Peyğəmbərlər (ə).

"Və de: "İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O, sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir". ("Tövbə" 105).

3. Məsum İmamlar (ə).

Allah buyurur: "Ey insan! Hər nə istəyirsənsə et. Ancaq ehtiyatlı ol ki, gizlində və aşkarda Allah Təalanın hüzurundasan!".

İmam Zaman ağanın (ə.f) hüzurundayıq. Ona görə də ədəbinə riayət et və bil ki, Qiyamət günü onlar sənin əməllərinə şəhadət verəcəklər. Bütün Əhli-beyt (ə) davamçıları arzu edirlər ki, Məsumlar (ə) onlara Qiyamət günü şəfaət versinlər. Məsələn, İmam Hüseyn (ə) şəfaət etsin. Buna nail olmaq üçün həm gizlində və həm də aşkarda əməllərimizə diqqət edək.

4. İlahi mələklər.

Şahid olan mələklər üç qrupdur:

a). Allahın yaxın mələkləridir. Cəbrayil (ə) və Mikayil (ə) kimi. "(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur), (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar". ("Mutəffifin"20- 21). Bu yaxın mələklər Nəkir və Məkirdir. Onlar insanın gün ərzindəki əməllərini qeyd edərlər. Xoş olsun o insanların halına ki, qiyamət günü Cəbrayil (ə) onun xeyrinə şəhadət verər.

(adsgarden = window.adsgarden || []).push({});