Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü


Digərləri 20 Avq 2019 19:17:00 214 0

Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.