Energetika naziri vətəndaşları qəbul edib


Digərləri 20 Avq 2019 17:23:00 262 0

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov növbəti dəfə vətəndaş qəbulu keçirib.

Bakı. Energetika naziri Pərviz Şahbazov növbəti dəfə vətəndaş qəbulu keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov Bakı, Sumqayıt, Şirvan şəhərləri, Cəlilabad və Hacıqabul rayonlarından daxil olmuş müraciətlər əsasında nazirlikdə vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik enerjisinə görə borcun silinməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.