Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb


Digərləri 20 Avq 2019 16:34:00 235 0

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəb və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib: "Yarmarka çadırları metronun "Nəriman Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Yarmarka çadırlarında məktəblilər üçün lazım olan bütün ləvazimatlar təklif olunur.