Murad Dadaşov “Survivor” və “Master Chef”i Azərbaycana gətirəcək


Şou-biznes 20 Avq 2019 14:14:00 283 0

Murad Dadaşov “Survivor” və “Master Chef”i Azərbaycana gətirəcək

Xalq artisti Murad Dadaşov "Maşın", "Davam ya tamam", "Özünü tanıt", "Mərc şou" kimi realiti şoulardan sonra yenilik etməyə hazırlaşır.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi sahibi olduğu "M Group Production" şirkəti vasitəsilə məşhur "Survivor" və "Master Chef" yarışmalarının da lisenziyasını alıb.

O, bunun üçün "Endemol Shine" şirkətinə müraciət edib.

Bir müddətdir layihələri əlində saxlayan M.Dadaşovun proqramları nə vaxt yayımlayacağı isə bəlli deyil.