Yığmamız beynəlxalq turnirdə iştirak edəcək


Digərləri 20 Avq 2019 12:31:00 200 0

Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Bakı. 17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək. Trend-in məlumatına görə, avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq.