Qubada ötən gün başlayan yanğın hələ də davam edir


Digərləri 20 Avq 2019 10:15:00 209 0

Qubada ötən gün başlayan yanğın hələ də davam edir

Qubada ötən gün başlayan yanğın lokallaşadırılıb, dağlıq və keçilməz ərazilərdə isə tüstülənmə qalmaqdadır.

Bakı. Ceyhun Ələkbərov - Qubada ötən gün başlayan yanğın lokallaşadırılıb, dağlıq və keçilməz ərazilərdə isə tüstülənmə qalmaqdadır. Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsində çətinliklər yaradır: "Hazırda yanğın çətin keçilən, qaratikan adlanan ağacların çox olduğu yerdə davam edir və bu səbəbdən onu söndürmək bir az vaxt alır. Düşünürəm ki, yaxın bir-iki saat ərzində yanğın söndürüləcək".