Bu il kənd təsərrüfatının istehsalı 6,3% artıb


Digərləri 19 Avq 2019 20:30:00 38 0

Bu il kənd təsərrüfatının istehsalı 6,3% artıb

2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4453,7 milyon manat təşkil edib ki, onun da 2230,4 milyon manatı heyvandarlıq, 2223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 9,5% artıb.

Bununla yanaşı, cari il iyunun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1717,1 min hektar olmuş və əvvəlki illə müqayisədə 20,9 min hektar və yaxud 1,2% azalıb. Bu azalma kənd təsərrüfatı ilə məşğul olan müəssisələr üzrə 0,3%, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 1,3% olub.

Ölkə üzrə əkin sahəsinin 1072,5 min hektarını və yaxud 62,4%-ni dənlilərin və dənli paxlalı bitkilərin, 130,2 min hektarını (7,6%) texniki bitkilərin, 147,6 min hektarını (8,6%) kartof, tərəvəz və bostan bitkilərinin, 366,8 min hektarını (21,4%) yemlik bitkilərin əkin sahələri təşkil edib.

Heyvandarlığa gəlincə isə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3% artaraq 289,3 min ton, süd istehsalı 1,7 faiz artaraq 1219,2 min ton, yumurta istehsalı 6,9% artaraq 1093,4 milyon ədəd və yun istehsalı 1,5% artaraq 14,9 min ton olub. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Yerevanda etirazçılar yolu bağladı like
  • 19 Avq 20:24  
Dünya Yerevanda etirazçılar yolu bağladı

Ermənistanın paytaxtı Yerevanda bir qrup fəal Baqramyan prospektində yolu b

arrow Ətraflı
Bu il kənd təsərrüfatının istehsalı 6,3% artıb like
  • 19 Avq 20:21  
Digərləri Bu il kənd təsərrüfatının istehsalı 6,3% artıb

2019-cu ilin yanvar-iyun aylarında 81,2 min baş inək, camış və düyələr

arrow Ətraflı
Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb like
  • 19 Avq 20:19  
Digərləri Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb

2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət gö

arrow Ətraflı
Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb like
  • 19 Avq 20:10  
Digərləri Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb

2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub.

arrow Ətraflı
Xalq artistləri izləyicisini təhqir etdi like
  • 19 Avq 20:09  
Şou-biznes Xalq artistləri izləyicisini təhqir etdi

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların səhifəsindən izləyi

arrow Ətraflı
“The Rock” evləndi like
  • 19 Avq 19:59  
Digərləri “The Rock” evləndi

"The Rock" ləqəbli aktyor Dwayne Johnson sevgilisi Lauren Hashianla

arrow Ətraflı
Məşhur aktyor "Kuzqun"da like
  • 19 Avq 19:54  
Digərləri Məşhur aktyor "Kuzqun"da

Star TV-də yayımlanan "Kuzqun" serialına yeni sima daxil olub.

arrow Ətraflı
Növbəti dəfə eyni layihədə birləşdilər like
  • 19 Avq 19:44  
Digərləri Növbəti dəfə eyni layihədə birləşdilər

Aktyorlar Ziya Ağa və Günay Əhməd yenidən eyni layihədə rol alacaqlar.

arrow Ətraflı
O da aparıcılığa başladı like
  • 19 Avq 19:39  
Şou-biznes O da aparıcılığa başladı

Aktrisa Ülviyyə Xəlilbəyli də aparıcı kimi fəaliyyətə başlayıb.

arrow Ətraflı
Türkan Vəlizadə öz fanatını geyindirib, makyaj etdi like
  • 19 Avq 19:34  
Şou-biznes Türkan Vəlizadə öz fanatını geyindirib, makyaj etdi

ARB TV-nin "Tərz+" verilişinin qonağı müğənni Türkan Vəliz

arrow Ətraflı