Növbəti dəfə eyni layihədə birləşdilər


Digərləri 19 Avq 2019 19:44:00 551 0

Növbəti dəfə eyni layihədə birləşdilər

Aktyorlar Ziya Ağa və Günay Əhməd yenidən eyni layihədə rol alacaqlar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onları dördüncü dəfə birləşdirən isə yeni mövsümdən "İctimai" TV-də yayımlanması planlaşdırılan "Kür nəğmə" serialıdır.

Dram janrında olan ekran işinin senari müəllifi Reyhan İsayeva, quruluşçu rejisoru Cavid Təvəkküldür.

Serialda həmçinin, Elşən Rüstəmov, Vüsal Hacıqədir, Fərhad Səmimi və Aygün Fətullayeva rol alır. Bundan başqa, Şəki və Mingəçevir Dram Teatrının aktyorları da ekran işində çəkiləcək.

"Kür nəğmə"dəki hadisələr Mingəçevirdə cərəyan edəcək.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar