Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı


Digərləri 19 Avq 2019 17:01:00 59 0

Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı

Son.az bildirir ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı məlumatda deyilir:  

Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir.

Deputatın oğlu ilə bağlı məhkəmə HƏBS QƏRARI VERDİ - YENİLƏNİB Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən "Relaks" istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılmışdır. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olmuşdur. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir. Bundan başqa, "Relaks" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmamışdır.

Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilmişdir. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməmişdir. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmiş, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.

Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının "Relaks" istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilmişdir.

700 mindən çox sakin İranı tərk edib like
  • 19 Avq 16:54  
Dünya 700 mindən çox sakin İranı tərk edib

Son bir ildə 714 154 nəfər İranı tərk edib.

arrow Ətraflı
Şok Breksit ssenarisi: like
  • 19 Avq 16:49  
Dünya Şok Breksit ssenarisi:

Böyük Britaniya Breksitdən sonra neft, qida və dərman böhranı ilə üzlə

arrow Ətraflı
Məşhur müğənninin oğlunun sevgilisinin çılpaq fotosu yayıldı like
  • 19 Avq 16:44  
Şou-biznes Məşhur müğənninin oğlunun sevgilisinin çılpaq fotosu yayıldı

Məşhur model Didem Soydan sosial şəbəkədə paylaşdığı çılpaq fotosu

arrow Ətraflı
Məşhur rus qəzeti Ramili tənqid etdi like
  • 19 Avq 16:44  
İdman Məşhur rus qəzeti Ramili tənqid etdi

Rusiyanın məşhur “Sport-ekspress” qəzeti millimizin və Moskva D

arrow Ətraflı
Polisə zəng edib “bu gün silahlı hücum olacaq” dedi və... like
  • 19 Avq 16:42  
Digərləri Polisə zəng edib “bu gün silahlı hücum olacaq” dedi və...

Masallı rayon sakini R.Cabbarovun barəsində Cinayət Məcəlləsinin 216-cı

arrow Ətraflı
Türkiyə ordusu Suriyada atəşə tutuldu: like
  • 19 Avq 16:41  
Dünya Türkiyə ordusu Suriyada atəşə tutuldu:

Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibar

arrow Ətraflı
ABŞ lideri "Huawei" barədə növbəti açıqlamasını verib like
  • 19 Avq 16:39  
Digərləri ABŞ lideri "Huawei" barədə növbəti açıqlamasını verib

ABŞ prezidenti Donald Tramp "Huawei" şirkətinə verilmiş müvəqq

arrow Ətraflı
Türkiyə ordusu Suriyanın Sarakib şəhərinə girdi like
  • 19 Avq 16:35  
Dünya Türkiyə ordusu Suriyanın Sarakib şəhərinə girdi

Türkiyə qoşunları Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olub.

arrow Ətraflı
Vəhşi təbiət üçün təhlükə like
  • 19 Avq 16:34  
Digərləri Vəhşi təbiət üçün təhlükə

Afrikada vəhşi təbiətdə yaşayan şirlərin sayı 22 509-a qədər azalıb.

arrow Ətraflı
İranda nüvə sazişi ilə bağlı 3-cü addım hazırlanır like
  • 19 Avq 16:33  
Digərləri İranda nüvə sazişi ilə bağlı 3-cü addım hazırlanır

İranın Hərtərəfli Birgə Fəaliyyət Planında öz öhdəliklərini azaltma

arrow Ətraflı
Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq? like
  • 19 Avq 16:32  
Digərləri Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?

Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli formal

arrow Ətraflı
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? like
  • 19 Avq 16:29  
Digərləri Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır?

2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 8257 boşanma halı qeydə

arrow Ətraflı
“Bizim gəmilərə toxunmasanız yaxşıdır...” like
  • 19 Avq 16:24  
Dünya “Bizim gəmilərə toxunmasanız yaxşıdır...”

ABŞ prezidenti Donald Tramp İrana  daha bir xəbərdarlıq edib. Bu barədə

arrow Ətraflı
Avro-2020: Bakıya işgüzar səfər başlayıb like
  • 19 Avq 16:24  
Digərləri Avro-2020: Bakıya işgüzar səfər başlayıb

2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq i

arrow Ətraflı