ABŞ lideri "Huawei" barədə növbəti açıqlamasını verib


Digərləri 19 Avq 2019 16:39:00 217 0

ABŞ lideri "Huawei" barədə növbəti açıqlamasını verib

ABŞ prezidenti Donald Tramp "Huawei" şirkətinə verilmiş müvəqqəti lisenziyanın vaxtının uzadılmayacağını və möhlətin verilməyəcəyini, eləcə də onunla heç bir iş qurulmayacağını bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, prezident bu barədə "CNBC" telekanalına müsahibəsində deyib.

"Çox güman ki, biz onlarla heç bir iş həyata keçirməyəcəyik, mən, ümumiyyətlə, bunu istəmirəm", - deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, bu Çin şirkəti ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhdiddir.

(adsgarden = window.adsgarden || []).push({});