BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir (FOTO)


Digərləri 19 Avq 2019 14:13:01 165 0

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir (FOTO)

2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir.

Bakı. 2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə (BDU) qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir. Trend-in məlumatına görə, 16 fakültə və 65 ixtisas uzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb. Dekan və dekan müavinləri, tyutorlar və məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbulu prosesinə həmçinin universitetin könüllü tələbələri də dəstək verirlər. Sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək universitetin əsas binasının 1-ci mərtəbəsində keçirilir və hal-hazırda qəbul olunanların 1/3-i qeydiyyatdan keçib.