Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq


Digərləri 19 Avq 2019 13:24:00 180 0

Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq

Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.

Bakı. Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq. Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək. “Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər.