16 yaşlı oğlan anasını, bacısını və nənələrini baltaladı


Dünya 19 Avq 2019 12:14:00 232 0

16 yaşlı oğlan anasını, bacısını və nənələrini baltaladı

Məktəbli bütün ailə üzvlərini öldürdükdən sonra intihar edib.

Son.az twnews-a istinadla xəbər verir ki, dəhşətli hadisə bazar günü Rusiyanın Ulyanovsk vilayətinin Patrikivo qəsəbəsində baş verib.

16 yaşlı Timur Kimaletdinov Marina adlı anasını, iki azyaşlı bacısını və nənələrini baltaladıqdan sonra canına qəsd edib.

Məktəbin çalışqan şagirdi olan Timurun belə dəhşətli cinayət törətməsi müəllimlərini və sinif yoldaşlarını şoka salıb. O, bir neçə bilik olimpiadasında birinci yer tutub.

O, ailə üzvlərini qətlə yetirdikdən sonra telefon xətləri üçün qurulan qüllədən özünü atıb. Timur özünü öldürməzdən əvvəl mətbəxə stolun üstünə üzərində "təəssüf" sözü yazılan kağız parçası da qoyub. O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib.

"Onları öldürmək asan oldu"

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar