"iPhone"da yeni təhlükəli boşluq aşkar edilib


Digərləri 19 Avq 2019 11:49:00 184 0

"iPhone"da yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə "iPhone" qurğusuna müdaxilə etməyə nail olublar.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, SQLite məlumat bazasında aşkar edilmiş boşluqlar "iOS" sisteminin idarəetməsi altında işləyən qurğuya müdaxilə etməyə imkan verir.

Hakerlər tərəfindən məlumat bazasına tətbiq edilən zərərverici kod, məsələn, istifadəçi ona lazım olan nömrəni axtardıqda işə düşür. Beləliklə, cinayətkarlar yalnız istifadəçilərin şifrə və kontaktlarını oğurlamır, həm də qurğu üzərində tam idarəetməni ələ keçirə bilərlər.

Mütəxəssislər qeyd edirlər ki, SQLite istənilən əməliyyat sistemi, fərdi kompüter və mobil telefonda əlçatan olan dünyada ən geniş yayılmış məlumat bazasıdır. "Chrome", "Firefox", "Safari" kimi brauzerlərdə, həmçinin "Dropbox" proqramında sözügedən məlumat bazasından istifadə edilir.

(adsgarden = window.adsgarden || []).push({});