FHN Qubada baş verən yanğınla bağlı məlumat yayıb


Digərləri 19 Avq 2019 11:09:39 190 0

FHN Qubada baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrsili kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bakı. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrsili kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​