Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 19 Avq 2019 08:40:00 215 0

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşı xərəklə dağlıq ərazidən düşürərək aidiyyəti üzrə təhvil veriblər.