Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 19 Avq 2019 03:25:00 184 0

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. FHN-dən Trend-ə verilən məlumata görə, Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı xərəklə dağlıq ərazidən düşürərək aidiyyəti üzrə təhvil veriblər.