Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub


Digərləri 18 Avq 2019 23:57:47 195 0

Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub

Şimal Marian adalarının sahillərinin yaxınlığında Sakit Okeanda 5,9 bal gücündə zəlzələ baş verib

Bakı. Şimal Marian adalarının sahillərinin yaxınlığında Sakit Okeanda 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib. "UTC" vaxtı ilə saat 18:00-da qeydə alınan yeraltı təkanların episentri, Anataxan adasından 76 kilometr şimal-şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.