Evlənmək üçün ən layiqli qadını seçin


Digərləri 18 Avq 2019 22:40:00 229 0

Evlənmək üçün ən layiqli qadını seçin

Özünüzə layiq bir qadınla nikah bağlayın və bu işi gecikdirməyin. Həmçinin valideynlər də bu işdə cavanlara köməkçi olsunlar və onların ailə qurması üçün lazım olan bütün şəraiti yaratmağa çalışsınlar.

"...Mən qısa və müxtəsər yazıram. Yaşı iyirmini keçmiş bir oğlanam... Ey kaş, ata-anaları qəflət yuxusundan oyada və onları başa sala biləydiniz ki, övladlarının əl-ayaqlarına bağladıqları faydasız, yersiz qeyd və şərt zəncirlərini açsınlar və övladlarını evləndirməkdə bu qədər sərtlik göstərməsinlər. Olduqca bu işi tezləşdirsinlər ki, övladları pis yollara və fəsad tələlərinə düşməsinlər.

Valideynlərə deyin, inansınlar ki, onların övladları da cinsi istək və şəhvətə malikdirlər və müxalif cinsə ehtiyacları vardır... Belə isə, nə üçün bir çarə fikirləşmirlər və nə üçün övladlarının bu problemini həll etmək üçün bir iş görmürlər?"

-  Möminlərin ağası İmam Əli bin Əbi Talib (ə) cavanları ailə həyatı qurmağa təşviq edir və buyurur: "Evlənin və özünüzə həyat yoldaşı seçin, çünki Allahın Rəsulu, Həzrət Məhəmməd Mustəfa (s) buyurmuşdur: "Hər kəs mənim ardıcıllarımdan olmaq istəyirsə, mənim sünnətlərimdən biri də ailə həyatı qurmaq və evlənməkdir. Hər kəs Qiyamət günü Allah-Taalanın hüzurunda pak və pakizə hazır olmasını istəyirsə, gərək, ləyaqətli bir qadınla nikah bağlasın".[1]

Son.az maide.az-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) başqa bir hədisdə belə buyurur: "Müsəlman bir şəxs üçün İslam dinini qəbul etdikdən sonra ən faydalı və xeyirli iş ləyaqətli, bəyənilmiş bir qadınla ailə həyatı qurmaqdır. Elə bir qadınla ki, ona baxanda şad və xoşhal olsun. Elə bir qadınla ki, ərinin əmrlərinə tabe olsun və ərinin qiyabında və hüzurunda öz iffətini, ərinin əmlakını qorusun".[2]

Amma gördüyünüz kimi, bu cavanın qısa və müxtəsər, lakin çox həssas  məktubundan belə başa düşülür ki, nikah bağlamaq üçün layiqli bir qadın tapmaq və evlənmək üçün lazım olan şeyləri hazırlamaq, bir cavan üçün valideynlərinin və yaxınlarının köməyi olmadan asan iş deyildir. Bu məsələdə əsas və şəri vəzifə atanın öhdəsinə düşür.

Ata-anaya vacibdir ki, öz övladlarına ağıllı, qanacaqlı, həyalı, gözəl və xoş əxlaqlı bir həyat yoldaşı seçməyə kömək etsinlər. Onlara bu işdə sərtlik göstərməsinlər və bu vacib işin həyata keçməsini təxirə salmasınlar ki, övladları pis yola, fəsada düşsünlər və ya ailə həyatı qurmaqlarının münasib zamanı keçsin və fürsət əldən getmiş olsun.

-   "... Anam hansı qızı görürdü və ya hansı evə mənim üçün elçiliyə gedirdi, deyirdi: "Yox!!! Bu mən istəyən gəlin deyil, mən elə bir gəlin istəyirəm ki... " Xülasə, o qədər o ev, bu evə elçiliyə getdi  və heç bir qızı bəyənmədi. Axırda özü rəhmətə getdi. Mənim də evlənmək yaşım beləcə keçdi...

Hal-hazırda xəstəyəm, vasvasılıq mənim canımı alıb və hər şeyə şəkk edirəm. Doğrudur, özüm də bilirəm ki, səhv yoldayam, amma bu işləri, fikirləri özümdən uzaqlaşdırmağı bacarmıram. Həkimlər deyirlər ki, narahatçılığımın və vasvasıçılığımın səbəbi əsəb sistemimin pozulduğuna görədir, əgər evlənsəm, ruhi və cismi vəziyyətim yaxşılaşacaq... Amma kimdir mənə bu yaşımda qız verən?... Xülasə, indi ruhi cəhətdən böhrandayam və vəziyyətim yaxşı deyil,... Sizdən xahişim budur ki, lütf edib bir az bu barədə danışasınız ki, bəlkə ürəyim və ruhum sakitləşə. Siz bir kəsi tanıyırsınızmı ki...?"

- Bəli! Yersiz sərtlik, tələbkarlıq və faydasız axtarışlar, çətin bəyənmələr bəzən şad, təravətli bir cavandan tənha, ruhi xəstə, solğun, kədərli, vasvasılığa düçar olmuş bir cavan yaradır. Və ya bir qızdan ki, indi gərək  xoşbəxt bir ana olub öz körpələrinin şadlığı və dəcəlliyindən ləzzət alaydı, tənha, qəmli, nigaran, daim intizarda olan və bu təlatümlü həyatın uzaq bir küncünə atılmış və unudulmuş bir qadın düzəldir.

"...Mən sizdən xahiş edirəm ki, bir az da ictimaiyyətimizdə olan subay qızlar haqqında fıkirləşəsiniz. Xüsusən də onlar haqqında ki, ərə getmək vaxtları, yaşları ötüb keçib və hətta bəzilərinin yaşı 30-dan da yuxarıdır. Amma bu qadınlar öz iffət  və həyaları naminə susurlar... Allaha and olsun ki, qızların yuxarı yaşlarda subay qalması onların və ailələrinin ən böyük və ən ağır problemidir...

(adsgarden = window.adsgarden || []).push({});