Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr:


Digərləri 18 Avq 2019 21:35:00 263 0

Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr:

Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr:  "Quda-quda"Keçmişdə Şəki-Zaqatala bölgəsində qız toylarında "Quda-quda" və ya "Qız qaçırtma" adlı elçilik mərasimini təsvir edən əyləncəli bir tamaşa da oynanı lardı. Tamaşada 6 qız iştirak edirdi. İki dəstəyə ayrılan iştirakçılardan üçü əvvəlcə meydana çıxaraq xorla oxuyurdu:

Ay quda-quda, can quda, canciyərim quda, Elçi yar olsun quda, sirrin nar olsun, quda! Qız almağa gəlmişik, naz almağa gəlmişik, O qızı bizdən eyləmə, köynəyi candan eyləmə. Qız pərini ver gedək, naz pərim ver gedək.

Qız adamları hər dəfə "Atası, anası öydə yoxdu","Əmisi, qardaşı öydə yoxdu" deyərək oxumağa başlardılar:

Bizdən sizə söz olmaz, nazpərini vermərik. Bizdən sizə qız olmaz, nazpərini vermərik!

Üçüncü dəfə gələndə artıq elçilər yalvarmağa başlayırdılar:

Yaxandakı bitin olum. Qapındakı itin olum. Təndirdəki kütün olum. O qızı bizdən eyləmə. Köynəyi dizdən eyləmə. Nazpərini ver gedək. Qız pərini ver gedək.

Qız evi rolunda çıxış edən qızlar isə cavabında:

Qapımdakı itim olma. Yaxamdakı bitim olma. Təndirdəki kütüm olma. Nazpərini vermərik, Qız pərini vermərik!

(adsgarden = window.adsgarden || []).push({});