Tövbə duasi


Digərləri 18 Avq 2019 21:20:00 340 0

Tövbə duasi

Oxucumuzun "Tövbə duasının necəliyi barədə və tövbə etmək üçün xüsusi bir zikri varmı?" - sualına cavab olaraq bildiririk ki, Allah-Taala insanlara günahları nə qədər böyük olsa belə, haqq yola qayıtmaq fürsəti vermişdir ki, buna "tövbə" (qayıdış) deyilir. Yəni insan pis işlərindən həqiqətən narahat olur və bir daha onları etməyəcəyi haqqında Allah-Taala hüzurunda söz verir.

Son.az maide.az-a istinadən bildirir ki, tövbə etmək üçün pis əməllərin tərki, onlara görə Allahdan üzr istəyib, o əməlləri bir daha təkrarlamamaq kifayət edir. İnsan bu peşmnaçılığı hər bir sözlə ifadə edə və Allah-Taaladan bağışlanmaq diləyə bilər ki, adətən insanlar arasında ən çox istifadə edilən zikr "Əstəğfirullahə rəbbi və ətubu iləyh" zikridir, yəni "Allahımdan bağışlanmaq diləyirəm və (düşdüyüm pis yoldan və etdiyim günah və xətalardan peşmanam və) Ona tərəf qayıdıram."

Amma bəzi ayə və hədislərdə tövbə, tövbənin şərtləri, tövbənin faydası və tövbə zikrlərinə işarə olunduğu üçün, biz də tövbə və onun sözlərinin necə olacağı barədə bir neçə hədisə işarə edirik:

Peyğəmbər (s) buyurur:

لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ

"Hər dərdin dərmanı var və günahın dərmanı tövbə və istiğfardır."[1]

O həzrət başqa bir hədisdə buyurur:

سَيِّدُ الْقَوْلِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ خَيْرُ الْعِبَادَةِ الِاسْتِغْفَارُ‌

"Sözlərin ağası "La ilahə illəllah" və ibadətlərin xeyirlisi istiğfar və tövbədir."[2]

Həmçinin başqa bir hədisdə buyurur:

خَيْرُ الدُّعَاءِ الِاسْتِغْفَارُ

"Duaların ən yaxşısı istiğfradır (Allahdan bağışlanmaq diləməkdir).

İmam Baqir (ə) buyurur:

(adsgarden = window.adsgarden || []).push({});