Kor qəlb “kor ocağa” bənzəyir!


Digərləri 18 Avq 2019 20:40:00 218 0

Kor qəlb “kor ocağa” bənzəyir!

El arasında sönmüş ocağa "kor ocaq" deyirlər. Əgər ocaq kor olarsa, ona ən yaxşı və ən quru odun atsan da alışmayacaq, həm də xam bir məhsulu bişirə biləməyəcək!

"Kor ocaq" ifadəsini başqa bir yerdə də işlədirlər. Belə ki, doğmaq bacarığı olmayan, başqa sözlə, sonsuz qadına da el arasında "onun ocağı kordur" deyirlər. Amma "kor ocaq"la bağlı ən gözəl təbiri qəlbləri kor olan zümrələr barəsində işlətmək olar. Soruşa bilərsiniz nə üçün? Sualın cavabını bilmək üçün bizimlə birgə olun...

Qurani-Kərimdə qəlb "fuad" ifadəsi ilə işlədilir. "Fuad" isə "ocaq" mənasını daşıyır; yəni kor qəlb kor ocaq kimidir. Belə bir qəlb odunları əvəz edən sözləri eşitməklə, səhnələri görməklə əsla isinmir, alovlanmır, işıq vermir.

Daha aydın desək, dünyada baş verən hadisələr, görüb-eşitdiklərimiz, bütünlüklə ibrətdir. "İbrət" sözü də ötüb-keçmək mənasını daşıyan "übur" sözündən alınmışdır. İnsan bir şeyi gördükdə düşünüb-daşınmalı, onun kənarından ötüb-keçərkən həqiqətə çatmaq üçün çalışmalıdır. Gözündən heç bir şey yayınmayan, itibaxışlı böyük şair Saib Təbrizi kök atmış qədim bir ağacla rastlaşdıqda, gənc nəsildən daha çox dünyaya bağlanan "qoca və yaşlı bir insan"ı xatırlayır; yaxud hərisliklə odun parçalarını udaraq şölələnmiş bir atəşi gördükdə, aləmin bu qədər nemətləri ilə doymayan, hər nə əldə edirsə, bir az da artığına sahib olmaq istəyən insanın "hərisliyi və tamahkarlığı" haqqında düşünməyə başlayır; yaxud da ağaclara sarılıb ucalan, inkişaf edib böyümək və yaşamaq istəyən "sarmaşıq out"nu gördükdə, hər bəhanə ilə dünyaya bağlanan və onu könlündən çıxara bilməyən "qafillər" yadına düşür. ("Ba karvane-Hillə", səh.296.)

Təkəbbürlü, münafiq və ikiüzlü insanlar, bu məsləkə aid olanlar bu sayaq həqiqətlərin dərkindən məhrumdur. Çünki qəlbləri kordur və qəlbin kor olması haqda Qurani-Kərimdə də məlumat verilir. Qurani-Kərimə əsasən, kor olmaq iki qismə bölünür: zahiri gözün kor olması və batini gözün kor olması. "Əbəsə" surəsinin 1 və 2-ci ayəsində buyurulur:

عَبَسَ وَ تَوَلَّی، أَنْ جاءَهُ الْأَعْمی

"(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. Yanına kor bir şəxs gəldiyi üçün."

Ayədə qeyd olunan "ə`ma" (kor adam) ifadəsi görmə nemətindən məhrum olan şəxs mənasında deyil, qəlb gözü kor olan şəxs barəsində işlənmişdir. "İsra" surəsinin 72-ci ayəsində buyurulur:

وَ مَنْ کانَ فی‏ هذِهِ أَعْمی‏ فَهُوَ فِی الْآخِرَةِ أَعْمی...

"Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib qəlbi) kor olan axirətdə də kor olar..."

"Bəqərə" surəsinin 15-ci ayəsində münafiqlərin xüusiyyəti haqda belə buyurulur:

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَ يَمُدُّهُمْ في‏ طُغْيانِهِمْ يَعْمَهُونَ

"Allah onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində kor-koranə (şaşqın və sərgərdan) qalarlar..."

Bu ayəyə əsasən, münafiqlər kordur, elə buna görə də, şaşqın və sərgərdandırlar, haqq-həqiqəti görüb dərk edə bilmirlər.

QƏLBİN KOR OLMAMASI ÜÇÜN NƏ ETMƏK LAZIM?

Həqiqətdə, insanın həqiqətləri görməsinə mane olan əsas amil günah və rəzil sifətlərdir, məxsusən, təkəbbürçülük və ikiüzlülükdür! Bu sifətlərə yoluxan insan haqq-həqiqət, ayə və möcüzələrlə rastlaşdıqda, onları inkar edir. Bu haqda "Əraf" surəsinin 146-cı ayəsində buyurulur:

سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِن يَرَوْاْ كُلَّ آيَةٍ لاَّ يُؤْمِنُواْ بِهَا وَإِن يَرَوْاْ سَبِيلَ الرُّشْدِ لاَ يَتَّخِذُوهُ سَبِيلاً وَإِن يَرَوْاْ سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلاً ذَلِكَ بِأَنَّهُمْ كَذَّبُواْ بِآيَاتِنَا وَكَانُواْ عَنْهَا غَافِلِينَ

(adsgarden = window.adsgarden || []).push({});